`İlhamə Quliyeva deyirdi ki, mənə cadu ediblər` - Məhkəmədən


21:46     08 Noyabr 2016 1430218415_ilhame1fd.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində "Lider" televiziyasının direktor müavini Lamiyə Babayeva ifadə verib. O bildirib ki, M. Hüseynovanı jurnalist fəaliyyəti ilə bağlı tanıyıb: "İlhamə Quliyeva və Mehriban Hüseynova bizim televiziyaya tez-tez verilişlərə gəlirdilər. Mehriban Hüseynova ilə İlhamə Quliyevanın münasibətləri həmişə yaxşı olub. Mehriban həmişə ona yaxşı qulluq edirdi. Sonra Orxanın dostu Vüqar adlı şəxs araya girdi. Eşitdiyimə görə, o gələndən sonra Mehribanla İlhamə Quliyevanın münasibətlərində problemlər başladı".


Şahid qeyd edib ki, M. Hüseynovanın İlhamə Quliyevanın əmlakına yiyələnmək istəməsi barədə heç bir məlumatı yoxdur. O, M. Hüseynovanın günahsız olduğunu deyib: "İlhamə Quliyeva mənə zəng edib bəzən şikayət edirdi. Deyirdi ki, mənə cadu ediblər".

Məhkəmə prosesi noyabrın 15-də davam etdiriləcək.

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.

Femida.az

Açar sözlər:

Oxunub: 1762